Bakıda davam edən güləş üzrə U-23 Avropa çempionatında Azərbaycanın iki yunan-Roma güləşçisi finala yüksəlib.
QÜTB.AZ xəbər verir ki, Ziya Babaşov (63 kq) və Həsən Həsənli (77 kq) həlledici mərhələyə vəsiqə qazanıblar.
Rəşad Məmmədov (55 kq) isə yarımfinalda məğlub olduğu üçün bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, U-23 Avropa çempionatı mayın 26-da yekunlaşacaq.