Bu gün Azərbaycanın tanınmış rəssamı Eldar Zeynalovun anım günüdür
Rəssam Eldar Zeynalov fırça ustası, memar, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvüdür.
QÜTB.AZ AZƏRTAC -a istinadən bildirir ki , bu gün rəssam Eldar Zeynalovun vəfatından üç il ötür.
Eldar Zeynalov 1961-ci il iyunun 15-də Naxçıvanda anadan olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, Moskva Memarlıq İnstitutunu, Beynəlxalq Bioenerji Texnologiyaları Akademiyasını bitirib. Eldar Zeynalov uzun müddət İtaliyada yaşayıb, daha sonra Türkiyəyə köçüb və son illərdə burada çalışıb.
Rəssamın rəsmləri Yeni Zelandiya, Yaponiya, ABŞ, Avstraliya və Avropa ölkələrində sərgilənib. 2014-cü ildə Naxçıvan şəhərindəki Bəhruz Kəngərli adına sərgi salonunda uğurlu fərdi sərgi keçirilmişdir. Eldar Zeynalov irihəcmli divar rəsmləri, monumental freskalar yaradıb, mənzərə və portretlər çəkib. Onun əsərləri arasında “Naxçıvan simfoniyası”, “Atatürkün portreti”, “Tartini” əsərlərini xüsusilə qeyd etmək olar. Rəssam Karacasuda (Aydın əyaləti, Türkiyə) bələdiyyənin fasadını da çəkib.
Eldar Zeynalov 2021-ci il mayın 11-də Türkiyədə 60 yaşında koronavirus infeksiyasından vəfat edib.