05.04.25 | Bakı 11.03° C |
18:55:53
Lent :

İkardiyə çatdı: Bunu bacaran üçüncü futbolçu oldu

26 fev 2024 09:00
İDMAN
ads
Advertisement

Argentinalı Lautaro Martinez “İnter”in heyətində A Seriyasında “Lecce” ilə oyunda (4:0) dubl edib.

Publika.az xəbər verir ki, bununla argentinalı hücumçu İtaliya çempionatında "ilanlar" üçün vurduğu qolların sayını 101-ə çatdırıb. O, klub tarixində İtaliya yüksək divizionunda 100+ qol vuran üçüncü əcnəbi oyunçudur.

Əvvəllər 1948-1954-cü illərdə komandada oynamış İstvan Njerş və Martinezin həmyerlisi Mauro İkardi Milan təmsilçisi üçün A Seriyasında bu qədər qol vurmuşdu.

26 yaşlı Lautaro 2018-ci ilin yayından "İnter"də çıxış edir. Nüfuzlu "Transfermarkt" portalı futbolçunu 110 milyon avro dəyərində qiymətləndirir. Argentinalı forvard bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib və 25 qol vurub.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur