Qazaxıstan və Cənubi Koreya ölkələr arasında uçuşların sayını artıracaq və yeni hava marşrutları açacaq,
Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Asiya ölkəsinin Mülki Aviasiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Koreya Respublikasının paytaxtı Seulda Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastaev və Cənubi Koreyanın torpaq, infrastruktur və nəqliyyat nazirinin müavini Youn Sanq Li arasında ikitərəfli görüş keçirilib.
Görüş zamanı tərəflər Astana və Seul arasında uçuşların bərpası, Almatı-Seul marşrutu üzrə uçuşların artırılması, həmçinin Çimkənddən Seula və Busan ilə Qazaxıstan şəhərləri arasında uçuşların açılmasını müzakirə edib və razılığa gəliblər.(Report.az)