Xaçmazda 30 yaşlı kişi dənizdə batıb.
Şimal bürosunun məlumatına görə, Nabran kəndində Xızı rayonu, Stalçay kənd sakini, 1992-ci il təvəllüdlü Quliyev Namik Eyyub oğlunun meyiti rayon ərazisindəki çimərlikdən tapılıb.
N.Quliyevin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.