İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ-ın Dövlət katibi Antoni Blinken arasında Qüdsdə keçirilən danışıqlar təxminən üç saat davam edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə İsrail hökuməti başçısının dəftərxanası məlumat yayıb.
"Görüş başa çatıb, müsbət və yaxşı əhvali-ruhiyyədə keçib", - məlumatda belə deyilir. Dəftərxanadan əlavə ediblər ki, Baş nazir Qəzzada saxlanılan israilli əsrlərin azad edilməsi ilə bağlı Amerikanın son təklifinə sadiqliyini bir daha təsdiqləyib.
Xatırladaq ki, avqustun 15-də Dohada Qəzza zolağında atəşkəsə nail olunması və HƏMAS-ın əlindəki girovların azad edilməsi məqsədilə danışıqların yeni mərhələsi başlayıb. Tərəflər növbəti görüşün bu həftənin sonunadək Qahirədə keçirilməsi barədə razılığa gəliblər.