29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu ölkədə suyun temperaturu rekord həddə çatdı

12 iyl 2024 04:00
GÜNDƏM
ads
Advertisement

Yeni Zelandiya sahillərində dəniz suyunun temperaturu qlobal göstəriciləri üç dəfə üstələyərək, rekord göstəricilərə çatıb. Bu da dəniz flora və faunasının sağlamlığı ilə bağlı alimlərin ciddi narahatlığına səbəb olub.

Publika.az xəbər verir ki, “Stats NZ”-dən yeni məlumatlar göstərir ki, 1982-ci ildən okean səthinin temperaturu hər onillikdə orta hesabla 0,16-0,26 dərəcə Selsi, sahilyanı sularda isə hər onillikdə 0,19-0,34 dərəcə Selsi artıb. 2022 və 2023-cü illərdə bütün okean və sahilyanı regionlarda bütün müşahidələr tarixində ən yüksək temperaturlar qeydə alınıb.

Son 20 ildə məlumatların müqayisəsi göstərir ki, Yeni Zelandiya ətrafında okean səthinin isinmə sürəti onillik üzrə orta qlobal göstərici olan 0,18 dərəcə Selsini iki dəfə üstələyib. Regionlardan birində, Çatem dağ silsiləsində bu göstərici üç dəfə yüksək olub.

Milli Su və Atmosfer Tədqiqatları İnstitutunun elmi işçisi Mett Pinkertonun sözlərinə görə, Yeni Zelandiyada coğrafi vəziyyətinə və istini keçirən qlobal okean axınlarının hərəkətinə görə daha yüksək temperatur ola bilər.

Yeni Zelandiyadakı yüksək temperaturlar ada dövlətinin ekstremal temperaturlardan qorunması ilə bağlı təsəvvürü inkar edir. Okeanla əhatə əvvəllər istiləşmədən qoruyucu amil hesab olunurdu, lakin yeni məlumatlar bunun əksini göstərir.

Ekspertlər hesab edirlər ki, temperaturun hətta cüzi yüksəlməsi dəniz ekosistemləri poza, bəzi növlərin miqrasiyasına səbəb ola və xəstəlik riskini artıra bilər.

Yeni Zelandiyanın sakinləri həmçinin dənizlərin isinməsinin təsirini hiss edəcəklər, çünki adada hava şəraitini okean formalaşdırır. “GNS Science”dən olan klimatoloqlar bildiriblər ki, dünya okeanları antropogen iqlim dəyişmələri ilə yaradılan əlavə istinin təxminən 90 faizini udur. Okean temperaturun yüksəlməsi Qabriel siklonu kimi fırtınaların qlobal istiləşmə şəraitində daha intensiv olmasının səbəblərindən biridir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur