Əfqanıstanda qəzaya uğrayan təyyarədən sağ çıxan 4 Rusiya vətəndaşı Kabildən Moskvaya uçub.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiyanın bu ölkədəki səfiri Dmitri Jirnov məlumat verib.
"Əfqanıstanın şimalında qəzaya uğrayan təyyarədə sağ qalan iki pilot və iki həkim Kabildən evlərinə uçurlar", - diplomat bildirib.
Xatırladaq ki, "Dassault Falcon 10" biznes-jetinin ekipajı yanvarın 20-də axşam saatlarında əlaqəni dayandırıb. Təyyarə Rusiyanın “Athletic Group” şirkətinə və fərdi şəxsə məxsus olub. O, Qaya ( Hindistan ) - Daşkənd ( Özbəkistan ) - Jukovski (Rusiya) marşrutu üzrə çarter tibbi reysi həyata keçirirdi. Volqodonskdan olan evli cütlük, Anna və Anatoli Evsyukov Rusiyaya qayıtmalı idilər; Anna təcili tibbi yardıma ehtiyac duyub.
Ertəsi gün Federal Hava Nəqliyyatı Agentliyi məlumat verib ki, təyyarə Əfqanıstanda Tacikistanla sərhəd yaxınlığında qəzaya uğrayıb. Mühərriklər sıradan çıxdıqdan sonra təyyarə dağın yamacına çırpılıb. Təyyarədə altı sərnişin olub. Dörd nəfər sağ qalıb - iki pilot və iki tibb işçisi; onlar müalicə üçün Kabilə aparılıb.
Biznes-jetinin pilotu Arkadi Qraçov və onun keçmiş həyat yoldaşı Yekaterina Aqapova 10 ilə qədər həbs oluna bilər.
Hüseyn İbadlı