Türkiyənin İstanbul şəhərində saxta spirtli içkilər 15 gündə 34 nəfərin ölümünə səbəb olub.
QÜTB.AZ xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Qeyd olunur ki, yanvarın 1-dən şəhərdə saxta spirtli içkilərin istifadəsi səbəbindən 34 nəfər həyatını itirib.
Son 48 saatda spirtli içkilərdən ümumilikdə 66 zəhərlənmə hadisəsi baş verib, zəhərlənənlərin 23-ü ölüb. Digər zərərçəkənlərin müalicəsi davam etdirilir. Müalicəsi başa çatan 3 nəfər isə evə buraxılıb.