29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu ölkədə demoqrafik fövqəladə vəziyyət elan olundu: Belə müdaxilə edəcəklər

20 iyn 2024 07:00
GÜNDƏM
ads

Cənubi Koreya prezidenti Yoon Suk Yeol ölkəsinin aşağı doğum səviyyəsinin qarşısını almaq üçün "demoqrafik milli fövqəladə vəziyyət" elan etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, prezident hökumətin aşağı doğum nisbəti ilə əlaqədar hər cür səy göstərəcəyini diqqətə çatdırıb.

O rəsmi olaraq demoqrafik milli fövqəladə vəziyyət elan etdiyini bildirib:

“Aşağı doğum nisbəti problemi aradan qaldırılana qədər hərtərəfli müdaxilə sistemini işə salacağıq. Bu kontekstdə üç əsas sahəyə diqqət yetiriləcək: İş, uşaqlara qayğının yaxşılaşdırılması və daha yaxşı mənzil təminatı. Valideynlərin yükünü yüngülləşdirmək üçün ibtidai məktəblərdə uşaq baxımına dəstəyin artırılması və məktəbdənkənar proqramlar genişləndiriləcək. Tədbirlərin həyata keçirilməsini təmin etmək üçün müvəqqəti olaraq Əhali Strategiyasının Planlaşdırılması Nazirliyi yaradılacaq”, - Prezident bildirib.

Qeyd edək ki, Cənubi Koreya 0,72 ilə 2023-cü ildə ən aşağı doğum səviyyəsi olan ölkələr arasında birinci yerdədir.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur