ABŞ prezidenti Co Bayden Rusiya həbsxanasından azad edilən müxalifət lideri Vladimir Kara-Murza və ailəsi ilə Ağ Evdə görüşüb.
QÜTB.AZ xəbər verir ki, bu barədə ABŞ prezidenti “X” sosial şəbəkəsində yazıb.
Bayden qeyd edib ki, Kara-Murza Rusiyanın Ukraynadakı müharibəsinə qarşı çıxış etdiyinə görə Rusiya Federasiyasında iki il yarım ədalətsiz həbsdə yatıb.
"Bu gün mən Vladimir Kara-Murza və ailəsini Amerikaya qayıtmasını qeyd etmək üçün Ağ Evdə salamladım", - ABŞ prezidentinin bəyanatında deyilir.
ABŞ-ın yaşıl kart sahibi və Rusiya-Britaniya vətəndaşlığına malik Kreml tənqidçisi Kara-Murza avqustun əvvəlində Qərb ölkələri ilə Rusiya arasında böyük bir mübadilə nəticəsində həbsdən azad edilib.
Tural