03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

2023-cü ildə 70 milyondan çox insan aclıq problemi ilə üzləşə bilər

06 iyl 2022 18:20
DÜNYA
ads

Ukraynadakı vəziyyətə görə dünyada təxminən 40 milyon insan qida çatışmazlığı problemi ilə üzləşəcək.

Bunu BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş iqtisadçısı Maksimo Torero bildirib.

"Aqrar-sənaye sektoru hazırda ciddi qeyri-müəyyənlik vəziyyətindədir. Əgər Ukraynadakı vəziyyətin təsirini proqnozlaşdırsaq, o zaman 2022-ci ildə xroniki qida çatışmazlığı ilə üzləşən ən azı 40 milyon insan olacaq", - Torero bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə 70 milyondan çox insan aclıq problemi ilə üzləşə bilər.

Qeyd edək ki, "Bloomberg"in yazarı Amanda Littl də bildirib ki, ABŞ-da artan aclıq epidemiyası müvəqqəti problemdən davamlı reallığa çevrilir. Onun sözlərinə görə, 2021-ci ildə hər altı amerikalıdan biri ərzaq banklarına kömək üçün müraciət edib:

"Bu, 2019-cu ildəki 40 milyon insan sayı ilə müqayisədə 53 milyon nəfər deməkdir. Pandemiyanın səngiməkdə olmasına baxmayaraq, ABŞ-da ac insanların sayı artmaqda davam edir".

Report.az


Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur