Çin hakimiyyəti xarici mütəxəssislər üçün viza tələblərini yüngülləşdirmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Miqrasiya Məsələləri üzrə Dövlət Administrasiyasının nümayəndəsi Jia Tonbinq bəyanat verib.
"Tanınmış şirkətlər üçün işləyən və ya elmi araşdırmalarla məşğul olan əcnəbilər, ölkədə ardıcıl iki il yaşadıqları təqdirdə bir illik deyil, beş illik viza üçün müraciət edə biləcəklər", - bəyanatda deyilir.
Çində qalmaq üçün qanuni əsasları olan xarici sahibkarlar üçün də oxşar güzəştlər nəzərdə tutulub.