“Gəncə” voleybolçusu ilə yollarını ayırıb.
QÜTB.AZ xəbər verir ki, qərb təmsilçisi oyunçusu Anna Dmitriyeva ilə müqaviləni uzatmayıb.
Rusiyalı voleybolçu karyerasını Nepal çempionatında davam etdirəcək. O, “Çitvan Şakti” ilə müqavilə imzalayıb.
Qeyd edək ki, “Gəncə” daha əvvəl Barbadoslu Şonte Sillə vidalaşıb.