18.04.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

AMAY Abdulla yenə məhkəməyə verildi

14 yan 2025 05:00
GÜNDƏM
ads
Advertisement

"AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsus "A.M.A.Y Holding" şirkəti məhkəməyə verilib.

QÜTB.AZ "Qaynarinfo"ya istinadən xəbər verir ki, iddiaçı Vüqar Yusif oğlu Abbasovdur. İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Vüqar Abbasovun iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Fevralın 11-ə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclasa hakim Nərmin Əhmədova sədrlik edəcək.

Bir müddət əvvəl "A.M.A.Y. Holding" şirkəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər İdarəsi tərəfindən vergi borcuna görə məhkəməyə verilmişdi. Həmin vaxt yayılan məlumatlarda bildirilirdi ki, şirkətin 20 842.09 manat vergi borcu yaranıb.

"A.M.A.Y. Holding" 2005-ci ildə qeydiyyata alınsa da, 1990-cı illərin əvvəllərindən faəliyyət göstərir.

Abdulla Abdullayevin Azərbaycanda tanınması məhz bu şirkətin fəaliyyəti ilə bağlı olub.

O, 2015-ci ilə kimi ölkənin ən uğurlu iş adamlarından biri kimi tanınıb. Həmin il isə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-sitifadə ittihamı ilə həbs edilib. Məhkəmənin hökmü ilə 13 il azadlıqdan məhrum edilən Abdulla Abdullayev 2016-cı ildə azadlığa çıxıb.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur