31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Bu gün qətlə yetirilən polislə bağlı təsirli fakt

24 iyn 2024 08:00
GÜNDƏM
ads

Gecə saatlarında Bakıda keçirilən əməliyyat zamanı həlak olan polis əməkdaşlarından birinin yaxın günlərdə toyu olacaqmış.


QÜTB.AZ Azxeber.com-a istinadən xəbər verir ki, polis serjantı Mahir Mayıl oğlu Ağayev nişanlı olub.


M.Ağayevin 10 gün sonra toyu ilə bağlı planlar qurulub.


Qeyd edək ki, vəfat edən serjantlar Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşları olublar.


Xatırladaq ki, paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyev polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib.


Məlumata görə, o, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək "Lancaster" markalı ov silahından atəş açaraq 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.


Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.


Qətlə yetirilən polis əməkdaşları polis kapitanı Eldəniz Məmmədov, polis serjantı Mahir Ağayev və polis serjantı Mirəli Heydərovdur.


Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur