Türkiyə İraq və Suriyadakı bütün terrorçular məhv edilənə qədər Kürdüstan İşçi Partiyasının (PKK) ekstremistləri ilə mübarizəni dayandırmayacağına söz verib.
Publika.az xəbər verir ki, barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasının bəyanatında deyilir .
"Hücumdan sonra (PKK tərəfdarları tərəfindən Türkiyə ordusuna qarşı) başladılan əməliyyatlar zamanı 45 terrorçu zərərsizləşdirilib: 36-sı İraqın şimalında, 9-u Suriyanın şimalında. Bu mübarizə İraq və Suriyadakı son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək. Türkiyə cənub sərhədlərində terror dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcək", - deyə bəyanatda qeyd olunub.
Türkiyə hakimiyyəti dövlətə qarşı hər hansı terror təhlükəsini nəhayət aradan qaldırmaq əzmində olduqlarını qeyd edib. Bunun üçün onlar düşərgələri, sığınacaqları, birləşmələri və rəqiblərin cəmləşməsini məhv etməyə hazırdırlar.
Yanvarın 12-si cümə günü PKK-çılar 2022-ci ildən bəri davam edən "Pəncə-Kilit" əməliyyatında iştirak edən türk hərbçilərinə hücum edib. İraqın şimalında baş verən insident nəticəsində 9 nəfər ölüb.
Ankara əməliyyatın bu mərhələsinə 2023-cü ilin dekabrında başlayıb. Buna səbəb 6 nəfərin öldüyü türk əsgərlərinə növbəti hücum olub.
Hüseyn İbadlı