03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

“Prius”ları bu maşınlar əvəz edəcək

30 mar 2024 12:00
GÜNDƏM
ads
Advertisement

Bir neçə gün əvvəl Nazirlər Kabinetinin taksilər barədə məlum qərarından sonra kütləvi surətdə satışa çıxarılan "Prius"ları əvəzləyəcək maşın modeli məlum olub.

Publika.az oxu.az-a istinadən xəbər verir ki, bir neçə gündür maşın alqı-satqısı üzrə ixtisaslaşmış saytlarda istehsal ili 2016-cı ilə qədər olan "Prius"ların satış elanları çoxalıb. Taksi xidməti göstərən maşınların dəyər-dəyməzə satılması fonunda digər bir modelin sifarişləri isə elə həmin saytlarda artıb. Söhbət "Toyota Corolla Fielder" modelindən gedir.

Hibrid mühərriklə təchiz olunmuş "Fielder"ə hazırda Bakının küçələrində rast gəlmək mümkündür. Ehtimal edilir ki, istehsal tarixi "Prius"la müqayisədə daha təzə olan "Fielder"lərin tezliklə ölkəyə kütləvi axını gözlənilir. Çünki xaricdən maşın gətirən şirkətlərin nümayəndələri və fiziki şəxslər məhz "Fielder"lərin sifarişlərinin kəskin artdığını bildiriblər.

Qeyd edək ki, yeni qərara əsasən, bu il iyulun 1-dən etibarən istehsal ili 8 ildən çox olan avtomobillər taksi xidməti göstərə bilməyəcəklər.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur