Böyük Britaniyanın Daxili İşlər Nazirliyi etirazlar fonunda məscidlərin gücləndirilmiş mühafizəsi üçün 30 milyon funt sterlinq ayırıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə nazirliyin saytı məlumat yayıb.
Məscidlərə hücum riski yaranarsa, yerli hakimiyyət orqanları Daxili İşlər Nazirliyindən təhlükəsizlik qüvvələrinin sürətlə yeridilməsi tələbi ilə müraciət edə biləcəklər.
İfrat sağçı İngiltərə Müdafiə Liqasının tərəfdarları iyulun 29-da Southportda uşaqlara hücumla bağlı iyulun 31-də keçirilən etiraz aksiyasında məscidin qarşısındakı polislərlə toqquşub. Etiraz yeri hücumçunun dini ilə bağlı təsdiqlənməmiş məlumatlara görə seçilib. 50-dən çox polis əməkdaşı yaralanıb.
İğtişaşçıların çoxu üzlərini maskalar arxasında gizlədiblər. Zorakılığın baş verməsi nəticəsində bir neçə polis əməkdaşı yaralanıb. Etirazçılar polisə hücum etmək üçün daşlardan, fişənglərdən və butulkalardan istifadə ediblər. Dava zamanı ultrasağçılar avtomobili yandırıb, bir mağaza da qarət edilib.
Böyük Britaniyada ifrat sağçıların şiddətli etirazları daha sonra da davam edib.
Hüseyn İbadlı