22.03.25 | Bakı 7.03° C |
10:06:25
Lent :

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

20 okt 2022 11:15
GÜNDƏM
ads
Advertisement

Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.

Bu barədə şuradan bildirilib.

Azərbaycan Mətbuat Şurasının sədr müavini, komissiya sədri Vüqar Zifəroğlu gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda ümumən müxtəlif media orqanlarında yayımlanmış materiallarla bağlı altı şikayətə baxılıb. Şuranın Katibliyi tərəfindən şikayətçi və cavabdeh media orqanları ilə aparılmış söhbətlər, tərəflərin diqqətinə çatdırılmış anlaşma təklifləri və buna onların münasibətləri nəzərdən keçirilib, mövcud istiqamətdə fikir mübadiləsi aparılıb.

Müzakirələrdən sonra müvafiq rəylər çıxarılıb. Rəylərdə əsasən KİV-lərə qarşı tərəfin mövqeyinin işıqlandırılmasına sayğılı yanaşmaq, ona öz fikirlərini çatdırmaq üçün şərait yaratmaq tövsiyə edilib. Komissiyanın müxtəlif məsələlərlə bağlı rəylərində həmçinin şikayətçi tərəfə aidiyyatı üzrə müraciət ünvanlamaq tövsiyəsi də yer alıb.

Qeyd edək ki, prosedur qaydalara uyğun olaraq bütün şikayətlər MŞ-nin İdarə Heyətində də müzakirəyə çıxarılacaq, onlarla əlaqədar yekun qərarlar İH tərəfindən qəbul ediləcək.

Report.az



Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Bakı  ( 22.03.2025 )
Ad
Bugün
Sabah
Imsak
05:10
05:08
Sübh
05:20
05:18
Gün çıxır
06:41
06:39
Zöhr
12:47
12:47
Əsr
16:13
16:14
Gün batır
18:55
18:56
Məğrib
19:11
19:12
İşa
20:05
20:06
Bütün siyahıya bax
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur