Məkkəyə (Həcc) ziyarət zamanı ekstremal hava şəraiti səbəbindən 577 zəvvar dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə AFP ərəb diplomatlarına istinadla məlumat yayıb.
Bildilib ki, Məkkədə havanın temperaturu 51 dərəcəni keçib.
Ölənlərdən ən azı 323 nəfərinin misirli olduğu deyilir. Bir nəfər istisna olmaqla, hamısının istidən öldüyü qeyd edilir.
Agentliyin həmsöhbətləri bildiriblər ki, ölənlərdən ən azı 60-ı iordaniyalıdır.
Misir rəsmisi izah edib ki, ölənlərin sayı çoxlu sayda qeydiyyatdan keçməyən zəvvarların gəlişi yardım düşərgələrində xaosa səbəb olub.
"Reuters" daha əvvəl İordaniyadan ən azı 14 nəfərin susuzluq və həddindən artıq istidən öldüyünü bildirmişdi . Daha 17 zəvvarın itkin düşmüşlər siyahısında olduğu ayrıca vurğulanıb.
Türkiyə mənbələrinin yazdığına görə, bu il 23 Türkiyə vətəndaşı müqəddəs torpaqlarda həcc ziyarətini yerinə yetirərkən dünyasını dəyişib.
Hüseyn İbadlı