Braziliya parlamenti çoxsaylı danışılmış oyunlara dair şübhələrə görə futbol çempionatının dayandırılmasını tövsiyə edib.
Publika.az xəbər verir ki, bu barədə "SBC News" məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu təkliflə Milli Məclisin Matçları və Mərc Oyunlarını Araşdırma Komissiyası (CPI) çıxış edib. Bildirilir ki, buna səbəb bir neçə şübhəli matç haqqında məlumatları olduğunu bildirən "Botafoqo" klubunun sahibi Con Tekstorun açıqlamaları olub.
Bildirilir, Braziliya Milli Futbol Hakimləri Assosiasiyası (ANAF) da hərtərəfli araşdırmanın təşkili və aparılması üçün mövsümün tam dayandırılmasının tərəfdarı olub. Çempionatın dayandırılmayacağı təqdirdə hakimlərin tətil etməyə hazır olduğu qeyd edilir.
Heybət