“Qarabağ”ın futbolçusu Abdullah Zubir UEFA Avropa Liqasında həftənin oyunçusu seçilib.
Publika.az xəbər verir ki, futbolçu UEFA-nın saytında keçirilən səsvermədə Mauro İkardi (“Qalatasaray”), Ruben Loftus-Çik (“Milan”) və Anxel Di Mariyanı (“Benfika”) qabaqlayıb.
Zubir “Braqa”ya qarşı keçirilən matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən qarşılaşma “Qarabağ”ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.