Tanınmış aparıcı Zuhal Topal tətil fotoları ilə gündəm yaradıb.
Publika.az Türkiyə mediasına istinadın xəbər verir ki, TV8-də yayımlanan "Yemekteyiz" yarışmasının aparıcısı olan aktrisa prodüser həyat yoldaşı Korhan Saygıner və qızı ilə birlikdə Zənzibara tətilə gedib. Çimərlikdə bikinidə poza verən Topal ideal bədən quruluşu ilə diqqət çəkib. 47 yaşlı aktrisa bu formada qalmaq üçün qidalanmasına diqqət edir, həm də mütəmadi olaraq idmanla məşğul olur.
Ailəsi ilə xoş vaxt keçirən Zuhal Topal çimərlikdə həm də yerli əhali ilə rəqs edib, fotolar çəkdirib.