Belqorodda Rostov vilayətinin sakini ərinin öldürülməsini 200 min rubla (təxminən 4 min manat) sifariş edib.
Publika.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Müstəntiqlərin fikrincə, qadın şəxsi düşmənçilik zəminində 41 yaşlı ərindən yaxa qurtarmaq və onun qətlini təşkil etmək qərarına gəlib. Bunun üçün o, qatil tapmaq xahişi ilə dostuna müraciət etdi. O, qatilə 200 min rubl ödəməyi planlaşdırırdı. Lakin bir tanışı onun planları barədə polisə məlumat verib.
Hüquq-mühafizə orqanları qadına saxta “qatil” göndərib, o, ondan 100 min rubl məbləğində avans alıb və sifarişin uğurla yerinə yetirildiyini bildirib. Daha sonra yerdə qalan məbləği almaq üçün yenidən qadınla görüşüb. O, pulu təhvil verərkən saxlanılıb. Qadına qarşı muzdla qətlin təşkili və hazırlanması maddəsi ilə cinayət işi açılıb.
Tural