İntizam komitəsi “Real Sosyedad”la matçda qırmızı vərəqə alaraq iki oyunluq cəza alan “Jirona”nın baş məşqçisi Mişelin cəzasını qüvvədə saxlayıb.
Publika.az xəbər verir ki, oyun zamanı mentor dəfələrlə hakimlərlə qızğın mübahisəyə girdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılan Mişel komandanın “Real” və “Atletik”lə oyunlarını tribunadan izləyəcək.
Bundan başqa, klub eyni matçda sarı vərəqə alan oyunçular Deyli Blind və Yanqel Herreranın diskvalifikasiyasına etiraz edə bilməyib.
Qeyd edək ki, ikinci pillədə qərarlaşan “Jirona”nın La Liqanın lideri “Real”la matçı şənbə günü baş tutacaq.