Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinin 4 542,2 milyon manatdan 4 391,4 milyon manata endirilməsi nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.
Beləliklə, sosial müdafiə və sosial təminat xərcləri 150,8 milyon manat azaldılır.