ABŞ prezidenti Co Bayden Ukraynada cəbhənin genişləndirilməsi ilə bağlı Rusiyaya qarşı iki variantı nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə “Washington Post” yazıb.
Amerika qəzeti yazır ki, “Rusiyanın Ukraynadakı irəliləyişinin qarşısını almaq üçün prezident Bayden iki sərt yeni əks tədbiri nəzərdən keçirir”.
Müəllif yazır ki, tədbirlərdən biri dolayı yolla, yəni Çinin Moskva ilə iqtisadi əməkdaşlığa görə münasibətlərində sanksiyaların genişləndirilməsi və əsas texnologiyaların tədarüküdür.
İkinci variant “Ukraynanın Rusiya daxilində hücumlar üçün Amerikanın qısa mənzilli silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaqdır”.
Nəşr xəbərdarlıq edir ki, Co Bayden hansı ssenarini seçsə, bu, müəyyən edilmiş siyasəti əhəmiyyətli dərəcədə qorxulu edəcək.
Müəllif onu da diqqətə çatdırır ki, əgər bu variantlar Amerika prezidentinin administrasiyasında nəzərdən keçirilməyə başlayıbsa, deməli, onlar Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki zəif mövqeyindən ciddi narahat olublar.
Tural