29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Berdiməhəmmədov naziri vəzifəsindən azad etdi - Ciddi nöqsanlara görə

16 noy 2024 10:00
DÜNYA
ads

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ticarət kompleksinə, toxuculuq sənayesinə və özəl sektora nəzarət edən Nazirlər Kabineti sədrinin müavini Batır Atdayevi vəzifəsindən azad edib.

QÜTB.AZ bildirir ki, bu barədə "Neytral Türkmənistan" rəsmi qəzeti xəbər verib.

Məlumata görə, Atdayevin vəzifədən azad edilməsinə səbəb ona həvalə edilmiş vəzifələrin öhdəsindən gələ bilməməsidir.

Onun yerinə əvvəllər Türkmənistan Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri vəzifəsini tutmuş Nokerquli Ataquliyev təyin edilib. Ona altı ay sınaq müddəti verilib.

Nazirlər Kabinetinin iclası zamanı ölkə prezidenti həmçinin işində yol verdiyi ciddi nöqsanlara görə ticarət və xarici iqtisadi əlaqələr naziri Beqenç Qoçmollayevi də tutduğu vəzifədən azad edib. Nazir müavini vəzifəsini icra edən Kərim Qurbanov müvəqqəti olaraq onun vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, vəzifədən azad edilən hər iki şəxs 2022-ci ilin ortalarında fəaliyyətə başlamışdı.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur