ABŞ prezidenti Co Bayden prezidentliyə namizəd kiçik Robert Kennedi ilə bağlı göstəriş verib.
Publika.az xəbər verir ki, Bayden Kennedinin təhlükəsizliyini təmin etməyi əmr edib.
Seçki yarışında müstəqil namizəd kimi iştirak edən Kennedi ilə bağlı bundan əvvəl Donald Tramp da ABŞ Məxfi Xidmətinə oxşar müraciət etmişdi.
Qeyd edək ki, Tramp bu gün Kennedi ilə görüşərək prezidentlik yarışından geri çəkilməsini xahiş edib.