"Tottenhem"in yarımmüdafiəçisi Konor Qallager "Atletiko"nun futbolçusu ola bilər.
Publika.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.
Qeyd olunur ki, 24 yaşlı yarımmüdafiəçi mövqeyinə görə Madrid klubunun baş məşqçisi Dieqo Simeonenin favoritidir. Qallager özü klub haqqında yüksək fikirlər söyləyən milli komanda yoldaşı Kyeran Trippyerdən komanda haqqında məlumat istəyib. Kyeran onu özünü "Atletiko"da sınamağa çağırıb.
"Atletiko" "Çelsi"yə 20 milyon avroluq ilk təklifini edib, amma rədd cavabı alıb.
Heybət