Demokrat seçicilər ABŞ-ın hazırkı prezidenti Co Baydenin siyasətindən narazıdırlar.
Publika.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
"Demokratik prezident seçkilərində demək olar ki, doldurulmuş hər bir bülletendə Bayden üçün bir mesaj var idi: bəzi seçicilər ondan narazıdırlar", - deyə məlumatda qeyd olunur.
Bildirilir ki, həmçinin, son dörd ayda 650 mindən çox demokrat Baydenin əleyhinə səs verib. Xüsusilə, bəzi seçicilər hamının əleyhinə səs verməyi seçib, digərləri isə başqa ştatlarda boş bülletenlər, bir neçə səslə və digər vasitələrlə etiraz ediblər.
Materialın müəllifləri qeyd edirlər ki, yüz minlərlə etiraz səsi 5 noyabr seçkilərinə beş ay qalmış “Baydenin siyasi zəifliyini vurğulayır”.
Xatırladaq ki, mayın 31-də məlum olub ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın məhkum edilməsi respublikaçıların səfərbərliyinə gətirib çıxara bilər ki, bu da prezident seçkilərinin nəticələrinə təsir göstərəcək.
Adəm Abbaslı