Çinin Nyu-Yorkdakı baş konsulu Huanq Pinq ABŞ-dan qovulub.
QÜTB.AZ xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, bu, ABŞ Ədliyyə Nazirliyinin keçmiş dövlət rəsmisi Linda Sunu Çinin qeydiyyatsız xarici agenti kimi işləməkdə ittiham etməsi ilə əlaqəlidir. Belə ki, məhz bundan sonra ABŞ Çinin Nyu-Yorkdakı baş konsulu Huanq Pinqi ölkədən çıxarmaq qərarına gəlib.
Nyu-York qubernatoru Keti Hokul ABŞ dövlət katibi Antoni Blinkenin xahişi ilə Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi ilə telefon danışığı apardığını açıqlayıb. O, mətbuat konfransında konsulun ölkədən çıxarılmasını belə şərh edib:
“Mən baş konsulun ölkədən çıxarılmasını arzuladığımı bildirdim və mənə xəbər verildi ki, baş konsul artıq Nyu-Yorkdakı missiyasında deyil”.
KİV-in məlumatına görə, Çin vətəndaşı Xarici Agentin Qeydiyyatı Qanununu pozmaqda, viza fırıldaqlarında, qaçaqmalçılıqda və çirkli pulların yuyulmasında ittiham olunub. Onun əri Kristofer Hu da ABŞ-da Çin hökuməti üçün qeydiyyatdan keçməmiş xarici agent kimi işləməkdə ittiham olunur.
Ləman