ABŞ lideri Co Bayden Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və onun vitse-prezidentliyə namizədi Ceyms Devid Vens arasında heç bir siyasi fərq görmür.
Publika.az xəbər verir ki, Bayden bunu Nevada ştatının Las-Veqas kampaniyasına getməzdən əvvəl Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Eyni zamanda Bayden Vensi Trampın siyasi klonu adlandırıb. ABŞ prezidenti Vensin ölkənin vitse-prezidentliyinə namizəd kimi irəli sürülməsini şərh edərkən "Mən onlar arasında heç bir fərq görmürəm", - deyə bildirib.
Cəmilə