02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

66 nəfərin qalıqları Aya aparılır, bu xalq etiraz edir: Murdarlayırsınız

08 yan 2024 12:00
GÜNDƏM
ads

"Astrobotic Technology"nin "Peregrine" ay modulunun göyərtəsində 66 nəfərin yandırılmış qalıqlarını və DNT-ni Aya çatdırmaq planı kəskin etiraza səbəb olub.

Publika.az xəbər verir ki, Navaxo xalqı insan qalıqlarının Aya çatdırılmasına etiraz edib.

Navaxo Millətinin Prezidenti Boo Nygren bu hərəkətin Navaxo Millətinin müqəddəs hesab etdiyi Ayın murdarlanmasına səbəb olacağını söyləyib. Prezident NASA və Nəqliyyat Departamentinin rəsmilərinin əvvəl yerli tayfalar və xalqlarla məsləhətləşməli olduğunu deyib.

Aparat Ayın şimal-şərq hissəsinə enməli, orada 66 kapsul qalmalıdır. Missiya "Celestis" və "Elysium Space" arasında birgə kommersiya layihəsidir və "Astrobotic Technology" şirkətinə məxsus olan və idarə olunan pilotsuz Ay eniş aparatında kosmosa aparılır. "United Launch Alliance"a məxsus və idarə olunan "Vulcan Centaur" raketi Ayın eniş aparatını kosmosa çıxaracaq.

"Celestis"in baş direktoru Çarlz Çefer etirazlara belə reaksiya verib:

"Biz xatirə kosmos missiyamızın Ayı ləkələdiyi iddiasını rədd edirik. Necə ki, bütün Yer kürəsində ölülər üçün daimi xatirə abidələri mövcuddur və onları təhqir hesab etmirlər, bizim Aydakı abidəmizə də qayğı və hörmətlə yanaşılmalıdır”.

Qeyd edək ki, "Peregrin Mission One"ın buraxılışı NASA-nın 1972-ci ildə "Apollon" missiyalarını bitirdikdən sonra ABŞ-dan Aya enən ilk aparat olacaq.

Cəmilə


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur