Almaniyada əsgər biri uşaq olmaqla 4 nəfəri öldürüb.
Publika.az xəbər verir ki, Aşağı Saksoniya əyalətində bir əsgər əvvəlcə Scheesseldə keçmiş partnyorunun sevgilisini (32) və anasını (55), daha sonra Boteldə keçmiş partnyorunun dostunu (33) və uşağını (3) öldürüb.
32 yaşlı əsgərin avtomobilinə baxış zamanı "molotov kokteyli" və çoxlu sayda güllə aşkar edilib. Qətldən sonra kazarmaya gedərək nə etdiyini izah edən əsgərin polis tərəfindən saxlanıldığı açıqlanıb. Əsgərin daha böyük hücuma hazırlaşdığı bildirilib. Qətllərin səbəbi məlum deyil.
Roza