Nyu-Yorkda Demokratlar Partiyasının prezidentlik kampaniyası üçün pul toplama mərasimində ABŞ prezidenti "Səudiyyə, Misir, İordaniya və Qətər daxil olmaqla bütün digər ərəb ölkələri ilə işlədiyini" açıqlayıb.
Publika.az xəbər verir ki, Baydenin sözlərinə görə, onlar "İsraili tam tanımağa hazırdırlar".
O, “İsrailin bütövlüyü və təhlükəsizliyinin təmin olunacağına” və bundan sonra ölkənin “qorunacağına” əmin olduğunu bildirib.
Qeyd edək ki, “Radio City Music Hall” konsert zalında dinlənilən Amerika prezidentinin çıxışı ən azı dörd dəfə zalın daxilində və xaricində etiraz şüarları ilə kəsilib.
Cəmilə