Türkiyədə ölkənin şimal-qərb və qərb bölgələrinin böyük bir hissəsini əhatə edən meşə yanğınlarının səbəbi araşdırılır.
QÜTB.AZ xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç "X"dəki paylaşımında bildirib.
“Ölkəmizin müxtəlif bölgələrində baş verən meşə yanğınları ilə bağlı prokurorluq araşdırmalara başlayıb”, - o, qeyd edib.
Ölkənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı isə bildirib ki, yanğınla bağlı aparılan araşdırmalar çərçivəsində 6 nəfər saxlanılıb, daha 3 nəfər axtarışa verilib.
Qeyd edək ki, İzmirdə baş verən yanğında 78 nəfər zərər görüb.
Ümumilikdə Türkiyənin İzmir, Aydın, Muğla, Manisa və Bolu vilayətlərində baş verən meşə yanğınlarının söndürülməsinə 4,7 mindən çox insan, 1,2 min yerüstü texnika və 90 təyyarə cəlb olunub. Ehtiyat tədbiri olaraq yanğın bölgələrindən 3,6 minə yaxın insan təxliyə edilib.