Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı MHP-nin 14-cü Sıravi Böyük Qurultayında yenidən sədr seçilib.
Publika.az "TRT Haber"ə istinadən xəbər verir ki, qurultay Ankara İdman Salonunda keçirilib.
Partiyanın qeydiyyatdan keçmiş yüksək məclis nümayəndələri 15 qutuda səs veriblər.
Səslərin hesablanması başa çatdıqdan sonra Şura sədri Mövlud Karakaya nəticələri açıqlayıb. O, səsverməyə 1295 nümayəndənin qatıldığını və Baxçalının onların hamısının səsini alaraq yenidən sədr seçildiyini söyləyib.
Qeyd edək ki, Dövlət Baxçalı 11-ci dəfədir sədr seçilir.