30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

“Kristal Abşeron”dan 1 milyonluq məhkəmə iddiası ilə bağlı açıqlama

17 yan 2024 08:00
GÜNDƏM
ads

Son günlər müxtəlif kütləvi informasiya vasitələrində “Kristal Abşeron”un “Sumqayıt 10-cu mikrorayon” layihəsinin təmir keyfiyyətindən bəhs edən bir sıra video paylaşımlar edilib.

Publika.az News24.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı “Kristal Abşeron”un İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, məlum videonun sosial şəbəkələrdə yayımlanmasından sonra məsələ birbaşa nəzarətə götürülüb və araşdırmaya başlanılıb: “Lakin mənzil sahibi və bir sıra şəxslər səbəbin araşdırılmasına maneələr yaradaraq müxtəlif yollarla tərəfimizə zərər vurmağa çalışdılar. Şirkətimiz sosial şəbəkələrdə “VR Project” adı ilə fəaliyyət göstərən şirkəti və həmin şirkətin rəhbəri Vəliyev M. S. tərəfimizin işgüzar nüfuzuna dəymiş zərərin ödənməsi üçün 1 milyon manat təzminat tələb edərək məhkəməyə verdi. Nəzərinizə çatdırmaq istərdik ki, tələb edilən təzminat ictimai və sosial məqsədlər üçün yaradılmış yardım fondlarından birinə bağışlanacaq.

Sonda demək istəyirik ki, “Kristal Abşeron” olaraq hər zaman təmir-tikinti keyfiyyətimizi daha da yaxşılaşdırmaq yolunda ciddi və davamlı addımlar atırıq. İnşaat sektorunda daim tətbiq etdiyimiz innovativ həllərlə sakinlərimizin istəklərini təmin edərək onların xəyal etdiyi mənzildə yaşaması üçün çalışmışıq. Tikinti keyfiyyəti və dayanıqlılığının təmin olunması üçün gördüyümüz işlərlə tikintisi davam edən layihələrimizə yaxınlaşaraq tanış ola bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirik!”


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur