Yunanıstanın Baş nazirinin iqamətgahı olan “Maxima” sarayında yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə Yunanıstanın İqlim Böhranı və Mülki Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu gün səhər saatlarında "Maksim" malikanəsinin birinci mərtəbəsindəki bitişik anbarda yanğın baş verib. Söndürmədə 7 mühərrikli 24 yanğınsöndürən iştirak edib. Yanğın tez bir zamanda lokallaşdırılıb və yalnız cüzi maddi ziyan dəyib", - idarədən bildirilib. .
Hadisə ilə bağlı səlahiyyətli istintaq şöbəsi tərəfindən araşdırma aparıldığı dəqiqləşdirilir.
Yunanıstanın baş nazirinin iqamətgahı Afinanın tam mərkəzində, Herodou Attikis küçəsində yerləşir. Yaxınlıqda yanğınsöndürmə məntəqəsi var.
Tural