2025-ci il yanvarın sonunda rəsmi Tehran və Avropa "üçlüyü" (Böyük Britaniya, Almaniya və Fransa) arasında İranın nüvə proqramı ilə bağlı danışıqların yeni mərhələsi başlayacaq.
QÜTB.AZ xəbər verir ki, bu barədə İranın xarici işlər naziri İsmayıl Bəqayi bildirib.
“İran və üç Avropa ölkəsi arasında danışıqların yeni raundu yəqin ki, yanvarın ortalarında baş tutacaq. Əvvəlki raundda bu danışıqların davam etdirilməsi qərara alınıb”, - deyə İran Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.
Qeyd edək ki, noyabrın 29-da Cenevrədə İran və Avropa "üçlüyü" arasında nüvə proqramı üzrə danışıqlar baş tutub. İran nümayəndə heyətinə ölkənin xarici işlər nazirinin köməkçisi Məcid Taxt-Rəvançi başçılıq edib.
Adəm Abbaslı