29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Pul dolu çanta CHP-ni alt-üst etdi: 250 min dolların sirri açıldı

29 fev 2024 13:00
GÜNDƏM
ads
Advertisement

İddiaya görə CHP Ordu Millət vəkili Seyit Torun Türkiyə Böyük Millət Məclisindəki otağında 250 min dollar nağd pul tapılıb. Ancaq partiya rəhbərliyi hadisəni TBMM Polis İdarəsinə bildirməyib.

Publika.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində CHP-li deputatın otağında 250 min dollar (təxminən 8 milyon lirə) ərzaq çantasının içində unudulub. Yerli seçkilərdə namizədlərin müəyyənləşdirilməsi ərəfəsində baş verən bu hadisə bəzi şübhələr yaradıb.

Təxminən 3 həftə əvvəl CHP-nin Qara dəniz millət vəkilinin TBMM Xidmət binasının 4-cü mərtəbəsində yerləşən otağında çanta tapılıb. Ərzaq çantasının içərisində qara paketə bükülmüş əşyaları görən təmizlik işçiləri bunun deputata aid olduğunu zənn edib bu haqda otaqdakı katibəyə məlumat veriblər.

Deputat otağında heç nə qoymadığını bildirib və göstəriş verib ki, yanına gələn qonaqlar bir-bir çağırılaraq sorğu-sual edilsin. İşçilər çantanın içərisinə baxdıqda, 5 fərqli şəkildə qablaşdırılan təxminən 250 min dollar olduğunu görüblər. Üç şöbədə aparılan axtarışlar nəticəsində çantanın qəhvə içməyə gələn başqa bir CHP millət vəkilinə aid olduğu müəyyənləşib.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur