Ötən yay "Neftçi"dən ayrılaraq "Partizan"a keçən Mateus Saldanya "Fənərbağça"nın maraq dairəsinə düşüb.
Publika.az xəbər verir ki, bu barədə insayder Yağız Sabunçuoğlu məlumat yayıb.
Mənbənin sözlərinə görə, İstanbul klubu keçid üçün Serbiya təmsilçisi ilə rəsmi danışıqlara başlayıb. 24 yaşlı forvard cari mövsümdə Serbiya Superliqasında 18 oyunda 14 qol vurub, 5 assist edib.
Saldanya icarə əsasında formasını geyindiyi "Neftçi"nin heyətində isə yarım mövsümdə 5 qolla yadda qalmışdı.
Qeyd edək ki, hücumçu ilə daha əvvəl "Beşiktaş"ın maraqlandığı bildirilirdi.
Heybət