17.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Bakıda ərini baltalayan qadın AZADLIĞA BURAXILDI

09 apr 2025 02:00
GÜNDƏM
ads

Vəkil Altay Mirzəyevin hüquqlarını müdafiə etdiyi, həyat yoldaşını baltaladığı üçün 9 il azadıqdan məhrum edilmiş Lalə İmaşova həbsdən azad olunub.

Qutb.az xəbər verir ki, bu barədə 20 saylı vəkil bürosu məlumat yayıb.

Qeyd edilib ki, CM-nin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilmiş, Bakı Ağır Cinayətlər Məhkəmələrinin 27 mart 2024-cü il tarixli hökmü ilə Lalə İmaşova 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi. 

Bakı Apellyasiya Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli qərarı ilə onun cəzası 7 il 20 ay 15 günə endirilib. 

Ali Məhkəmənin 05 mart 2025-ci il tarixli qərarı ilə üzərində qəti olaraq 3 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Lalə İmaşovaya təyin olunmuş cəzanın çəkilməmiş hissəsinin 18.03.2019-cu il təvəllüdlü azyaşlı uşağı 14 yaşına çatanadək təxirə salınması ilə bağlı müdafiəçi Altay Mirzəyev tərəfindən Sabunçu Rayon Məhkəməsinə müraciət olunub. 

Sabunçu Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli qərarı ilə ərizə təmin edilmiş, Lalə İmaşova həbsdən azad olunub.

Qeyd edək ki, əri Ceyhun İmaşov Lalə İmaşovanı 2023-cü ilin yanvarın 20-dən 21-nə keçən gecə birgə yaşadıqları evdə, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində, qısqanclıq zəminində döyərək çoxsaylı xəsarətlər yetirib.

Lalə İmaşova özünü müdafiə etmək məqsədilə ona balta ilə vuraraq sağlamlığına ağır zərər yetirib. Ona qarşı cinayət məcəlləsinin 29, 120.1-ci maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

Məlumat üçün bildirək ki, istintaqla müəyyən edilib ki, Ceyhun İmaşov Lalə İmaşovanın mobil telefonunda, "WhatsApp" tətbiqi vasitəsilə naməlum profildən daxil olmuş mesaj görüb və yoldaşını ona xəyanət etməkdə günahlandırıb. Aralarında davam edən mübahisə zamanı qadın dəhlizdən götürdüyü baltanın kəsici hissəsi ilə, qonaq otağında ərinin başına arxadan 2 dəfə zərbə vurub. Ceyhun İmaşov vaxtında xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

Onu da qeyd edək ki, aparılmış ibtidai istintaq zamanı Lalə İmaşovanın ərinə xəyanət etməsi təsdiq olunmayıb.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur