Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında yeni əməliyyat keçirib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Əməliyyat nəticəsində İraqın şimalındakı Pençe-Kilit və Metine bölgələrində PKK terror qruplaşmasının üç üzvü öldürülüb. Suriyanın şimalındakı "Fərat Qalxanı" və "Barış Pınarı" bölgələrində isə PKK-nın daha altı üzvü öldürülüb.