Qapıçı Manuel Noyer və yarımmüdafiəçi Tomas Müller 2025-ci ilin yayında "Bayern"i tərk edə bilər.
Publika.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Hər iki futbolçunun Münhen klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır. Rəhbərlik onlarla yeni sözləşmə imzalamaq niyyətində deyil.
Qeyd olunur ki, "Bayern" əfsanələrin gedişi sayəsində maliyyə yükünü yüngülləşdirmək istəyir. Onların hər birinin maaşı təxminən 20 milyon avrodur.
Qeyd edək ki, Müller "pivəçilər"in yetirməsidir və karyerası boyunca yalnız bu klubda çıxış edib. Noyer isə 2011-ci ildə "Şalke"dən "Bayern"ə transfer olunub.
Heybət