23 yaşlı rusiyalı Laura Pisarenko Türkiyədə yoxa çıxıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə REN TV məlumat yayıb. Qızın qardaşı bildirib ki, bacısı dekabrın 30-dan bəri əlaqə saxlamayıb. Lauranı sonuncu dəfə İstanbuldakı Rusiya konsulluğu yaxınlığında görüblər. Əynində qəhvəyi pencək, göy papaq və qara şalvar olub.
Qardaşının sözlərinə görə, Lauranın mümkün olduğu yerlə bağlı "bəzi versiyalar" var, lakin heç bir məlumat əldə edilməyib. Türkiyə hökuməti Rusiya səfirliyindən qohumluq əlaqəsinin təsdiqini tələb edir, lakin səfirlik belə sertifikat vermir. Hazırda ailənin bütün səyləri qızın harada olması barədə məlumat əldə etməyə yönəlib. İlkin ehtimala görə, Lauranın deportasiya mərkəzinə yerləşdirilə biləcəyi güman edilir.
Tural