Rusiya prezidenti Vladimir Putin ölkənin mərhum lideri Boris Yeltsin onu prezidentliyə namizəd olmağa dəvət edəndə dövlət başçısı olmağa hazır olmadığını bildirib.
Publika.az xəbər verir ki, Putin bu barədə "Rossiya 1" telekanalına və "RİA Novosti"yə müsahibəsində danışıb. Putin o zaman belə irimiqyaslı vəzifəni öz üzərinə götürməyə hazır olmadığını bildirib.
Dövlət başçısı qeyd edib ki, təklif olunan vəzifədən qorxmayıb. Amma bütün bu problemləri həll etməyə hazır olmadığını düşünüb.
“Beləliklə, mən tamamilə səmimi fikir bildirdim. Əgər geri dönsəm, eyni şeyi təkrar edərdim”, - Putin vurğulayıb.
O bildirib ki, qərarına Yeltsinlə sonrakı söhbətlər təsir edib. Onlar bir neçə dəfə bu məsələyə qayıdıblar. Yeltsin sonda Putinə deyib ki, o, təcrübəli insandır və nə etdiyini, kimə nə təklif etdiyini bilir.
Tural