Vladimir Zelenski Böyük Yeddilik (G7) liderlərinin görüşündə iştirak edəcək.
Publika.az xəbər verir ki, bu barədə assosiasiyanın saytında məlumat dərc edilib.
Qeyd edilib ki, tədbir fevralın 24-də onlayn formatda keçiriləcək.
"Rusiyanın Ukraynaya təcavüzünün ikinci ildönümü münasibətilə fevralın 24-də Nazirlər Şurasının sədri Corciya Meloni G7 ölkələrinin dövlət və hökumət başçılarının videokonfransı keçirəcək”, - deyə məlumatda bildirilir.
Görüşün yekunlarına dair birgə bəyannamənin qəbul ediləcəyi də dəqiqləşib.
Hüseyn İbadlı